Futbol üzrə Azərbaycan I Divizionunda 2017-2018 mövsümünə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, sonuncu - XXVII turda çempionatın bürünc medalçısı da müəyyənləşib. "Şüvəlan" komandası "Xəzər"i 2:0 hesabı ilə məğlub etməklə cari mövsümü 3-cü pillədə başa vurub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Öncə "Şüvəlan" komandasının üzvlərinə bürünc, ardınca "Qaradağ Lökbatan"ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran "Xəzər" komandasına qızıl medallar və kubok təqdim olunub.
Qeyd edək ki, mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.
Birinci Divizion
27-ci tur
11 may
Sabah - Mil-Muğan 4:1
Qollar: Raul Yaqubzadə, 28; 47. Məhəmməd Alıyev, 40. Bayram Nuruzadə, 64 - Afin Bağırov, 87.
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Ağahüseyn Əzizov, Elxan Müslümov.
Binə. Qəsəbə stadionu, 13:00.
Binə - MOİK 2:3
Qollar: Seymur Abdullayev, 16. Əliağa Xudiyev, 86 - Bəhruz Teymurov, 21. Kamil Hüseynov, 35-avtoqol. Mirkamil Əliyev, 75.
Qırmızı vərəqə: Renat Aşurov, 37 (Binə).
Hakimlər: Vüqar Həsənli, Elman Musayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Binə. Qəsəbə stadionu, 17:00.
Qaradağ Lökbatan - Ağsu 0:1
Qol: Bəhlul Əliyev, 14.
Hakimlər: Səbuhi Bayramov, Azər Əsgərov, Murad Kərimov, Qorxmaz Eldarov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
Zaqatala - Turan Tovuz 0:0 (yarımçıq dayandırılıb)
Hakimlər: Nahid Xasıyev, Rahil Ramazanov, Elşad Abdullayev, Rövşən Rəcəbov.
Zaqatala. Şəhər stadionu, 17:00.
Şüvəlan - Xəzər 2:0
Qol: Murad Musayev, 17. Mübarək Şaquliyev, 21.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramiz Məhərrəmov.
Şüvəlan. "AZAL Arena”, 17:00.