Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 20 yaşadək futbolçulardan ibarət yığma komandanın Gürcüstanla yoxlama oyununu izləyənlər arasındadır.
Sportnet.az-ın məlumatına görə Qurbanov oyunun keçirildiyi "Dalğa Arena"da tribunuda köməkçisi Elçin Rəhmanovla birgə yer alıb.
Qeyd edək ki, qarşılaşmada birinci hissə oynanılır, hesab açılmayıb.