
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib "Pirmasens" komandası olub.
Görüş millimizin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Komandamızdan Bilal Sezerin dubl etdiyi oyunda digər qolları Bayram Budaqov və Elbəyi Quliyev vurub.