1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Simurq"da kapitan şoku
Zaqatalanın "Simurq" klubunun kapitanı Ruslan Poladov zədələnib. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi "Xəzər Lənkəran"la Topaz Premyer Liqasının XXXV tur matçında xəsarət alıb.
O, oyunun ikinci hissəsinin əvvəllərində rəqib futbolçu ilə hava mübarizəsindən sonra yerə yıxılıb. Dərhal xəstəxanaya çatdırılan Poladovun bel nahiyəsindəki damarlarının əzildiyi müəyyənləşib. 35 yaşlı oyunçu Sportnet.az-a açıqlamasında artıq xəstəxanadan çıxdığını, amma sabah diaqnostikadan keçəcəyini bildirib. Məhz diaqnostika nəticəsində futbolçunun durumuna aydınlıq gələcək. Bununla belə, Poladovun son turda "Neftçi" ilə matçı buraxacağı gözlənilir.
Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" matçında qalib müəyyənləşməyib.