
İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilən Çempionlar Liqasının final matçının ilk yarısında tərəflər hərəyə bir futbolçu itkisi ilə üzləşiblər.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə misirli hücumçu Məhəmməd Salah "kral klubu"nun kapitanı Serxio Ramosun müdaxiləsindən sonra zədələnib. Nəticədə o, oyunu davam etdirə bilməyib və 29-cu dəqiqədə göz yaşları ilə meydanı tərk edib. Salahın əvəzinə Adam Lallana meydana daxil olub.
37-ci dəqiqədə isə "Real Madrid"in futbolçusu Daniel Karvaxal zədələnib. Onun əvəzinə isə Naço meydana çıxıb.
Qeyd edək ki, ilk yarıdan sonra hesab bərabərdir - 0:0.