İtaliyanın "Latsio" klubunun futbolçusu Stefan de Vrey "İnter"ə keçib.
Sportnet.az-ın məlumatına görə, bu barədə hollandiyalı müdafiəçinin özü açıqlama verib. O, Milan şəhərinin təmsilçisi ilə 5 illik müqavilə bağladığını bildirib.
"Latsio" de Vreylə müqaviləni uzatmaq istəyib. Lakin futbolçu komandanı tərk etmək niyyətini bəyan edib.











































































