Latviya milli komandası Baltika Kuboku və Azərbaycan yığması ilə yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb.
Sportnet.az-ın məlumatına görə, komanda üzvləri baş məşqçi Miksu Paatalaynenin rəhbərliyi altında Yurmaladakı təlim-məşq bazasında bir araya gəliblər. Finlandiyalı mütəxəssis ilk məşqdən əvvəl komandaya təqdim olunub. Paatalaynen futbolçulara münasibətində iş prinsipini və oyun fəlsəfəsini çatdırıb.
Məşq zamanı komanda 2 qrupa bölünərək, yoxlama oyunu keçirib. Həftəsonu klublarında çıxış etmiş futbolçular fərdi hazırlıqla kifayətləniblər. Əsas qrup isə müxtəlif tapşırıqları yerinə yetirib. Məşqə legionerlərdən Valeri Şabala və David İkaunyek iştirak etməyib. Onlar yığmaya bu gün qoşulacaqlar.
Latviya millisi iyunun 1-dək Yurmalada hazırlıq keçəcək. Baltika Kubokunda oyunlar iyunun 2-də Estoniya, iyunun 5-də Litva ilə olacaq. Azərbaycan millisi ilə qarşılaşma isə iyunun 9-da Riqadakı "Dauqava stadionunda təşkil ediləcək.