"Keşlə” klubu Azərbaycan milli komandasının futbolçusu Slavik Alxasovla müqavilənin müddətini uzadacaq.
Sportnet.az xəbər verir ki, 25 yaşlı sol cinah yarımmüdafiçi paytaxt klubunun yeni sözləşmə təklifini müsbət cavablandırıb. O, növbəti iki mövsümdə də "Keşlə”nin formasını geyinəcək.
Qeyd edək ki, Alxasov 2016-cı ilin iyulunda "Keşlə”yə keçib. O, karyerası ərzində "Sumqayıt”, "Neftçi” və "Xəzər Lənkəran”da da çıxış edib.