1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycana qarşı oyunumuz asan alındı"
"Müdafiədə etibarlı oynadıq və qol buraxmadıq. Bu, çox önəmli idi. Azərbaycan çox yaxşı rəqibdir. Onların tərzini bilirdik. Bu komandanın güclü tərəflərini neytrallaşmağı və zəif cəhətlərindən istifadə etməyi bacardıq”.
Sportnet.az sports.kz saytına istinadən xəbər verir ki, bunu Qazaxıstan millisinin futbolçusu Sergey Malıy Astanada Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub etdiklərini yoldaşlıq görüşündən sonra deyib.
28 yaşlı müdafiəçi bildirib ki, ilk hissədə daha yaxşı çıxış ediblər: "Lakin hava isti olduğu üçün 35-ci dəqiqədən sonra çətinlik çəkirdik. Gücümüz olduğu müddətdə maksimum oynadıq. Daha sonra müdafiəyə "oturduq”. Buna hesab da imkan verirdi”.
Qapıçı Nenad Eriç də qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O, deyib ki, baş məşqçi Stanimir Stoilovun müdafiədə intizamlı və təşkilatlanmış formada hərəkət etmək tapşırığını düzgün yerinə yetiriblər: "Bu gün yaxşı oynadıq, qolları vaxtında vurduq. Azarkeşləri sevindirdik. Yoldaşlıq görüşləri Millətlər Liqasına hazırlıq xarakteri daşıyır. Klublarımızın avrokuboklarda necə çıxış edəcəklərindən də çox şey asılıdır. Yığmadakı matçlara hazır olmaq üçün forma toplamaq lazımdır. Bundan sonra baş məşqçi ən layiqli namizədləri seçəcək”.
"Bütün azarkeşləri qələbə münasibətilə təbrik etmək istərdim. Bizi dəstəkləməyə gəldikləri üçün minnətdaram. Əsas məsələ budur".
Bunu isə müdafiəçi Dmitri Şomko deyib. O bildirib ki, komandası ilk 20 dəqiqə ərzində fəal olub və Azərbaycan yığmasına böyük zonalar verməyib. Şomko baş məşqçinin tapşırıqlarını tam yerinə yetirdiklərini söyləyib: "Oyundan əvvəl Azərbaycan yığmasını təhlil etmişdik. Hamı yüz faiz gücünü ortaya qoydu və bu, bizə uğur gətirdi".
Bütün qolları "Astana"nın futbolçularının vurmasına da toxunan 28 yaşlı oyunçu bunun vacib məsələ olmadığını vurğulayıb: "Hamımız eyni yığmayıq və başa düşürük ki, futbolçunun həyatında ən vacib hadisə millidə çıxış etməkdir. Fikrimcə, bu gün düşündüklərimizin hamısını ortaya qoyduq".
Şomko Stanimir Stoilovun baş məşqçi təyinatından sonra Qazaxıstan yığmasında hər şeyin dəyişdiyini də diqqətə çatdırıb: "Bütün uşaqlar bizdən tələb olunanı və qarşımızdakı hədəfləri anlayırlar. Hazırda əsas məsələ Millətlər Liqasına məhsuldar, zədəsiz hazırlaşmaqdır. Qarşıdan avrokuboklar gəlir və biz artıq yay fəslinin sonlarında bir araya gələcəyik".
"Kayrat"da çıxış edən yarımmüdafiəçi Georgi Jukov isə oyunun asan alındığını deyib: "Çox yaxşı oynadıq. İlk dəqiqələrdən yüksək pressinq tətbiq etdik və bizdə hər şey alındı. İrəliyə ürəklə atıldıq, iki sürətli qol vurduq. Buna görə də oynamaq asan idi".
Jukov Stoilovun gəlişindən sonra yığmada mütəşəkkillik və intizamın formalaşdığını bildirib. Onun fikrincə, belə davam etsə, komandasının işi daha da asanlaşacaq: "Əsas məsələ odur ki, Millətlər Liqasınadək hamı artırsın və pik formada olsunlar. Belə işi aparmağımız yaxşı haldır. İndi hamı öz klubunda inamla işini davam etdirəcək. Bu, hamı üçün yaxşıdır".
Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-da Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bununla da təlim-məşq toplanışına yekun vurulacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mayın 29-da Qırğızıstanı Bakıda 3:0 hesabı ilə üstələyib.