Azərbaycan millisinin AÇ-2016-nın qarşıdakı iki seçmə oyunu üçün pul qoyuluşu açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi yığmadan növbəti iki oyunda uğur gözləməyə dəyməz.
Dünyaca məşhur "Gamebookers" bukmeyker kontorunun açıqladığı əmsalları görənlər də bu fikirlə razılaşarlar. Kontor İtaliya millisi ilə matçda yığmamıza ümumiyyətlə, şans tanımayıb. Belə ki, İtaliya - Azərbaycan duelində meydan sahiblərinin qələbəsi 1.07, heç-heçə 10.50, millimizin qalibiyyəti isə 26.00 əmsaldır.
Xorvatlarla qarşılaşmada isə "Gamebookers"in bir qədər güzəştə getdiyini demək olar. 1.14 - 7.75 - 13.00 əmsalı Xorvatiya - Azərbaycan görüşü üçün nəzərdə tutulub.
Qeyd edək ki, millimiz sabah Palermoda İtaliyanın, oktyabrın 13-də isə Osiyekdə Xorvatiyanın qonağı olacaq.