
Italiya millisinin daha bir futbolçusu Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçını buraxmalı olacaq. Sportnet.az-ın məlumatına görə, Marko Verratti də tibbi müayinə nəticəsində ikinci dərəcəli əzələ dartınması aşkarlanıb.
Nəticədə PSJ-nin yarımmüdafiəçisi "Skuadra Adzura"nın bugünkü oyun üçün heyətindən çıxarılıb. Hazırda həkimlər onu Malta ilə qarşılaşmaya hazırlayırlar.
Nəticədə PSJ-nin yarımmüdafiəçisi "Skuadra Adzura"nın bugünkü oyun üçün heyətindən çıxarılıb. Hazırda həkimlər onu Malta ilə qarşılaşmaya hazırlayırlar.
Qeyd edək ki, Marko Verratti İtaliyanın əsas millisində indiyədək meydana çıxdığı 8 matçda bir dəfə fərqlənib.