Rusiya yığmasının qapıçısı İqor Akinfeyev Avro-2016-ın İsveçlə seçmə oyununda yeni rekord müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin hücumçusu Sebastyan Larssonun birinci hissədə penaltisini dəf edərək tarixə imza atıb.
28 yaşlı qolkiper Rusiya millisinin tarixinə düşmüş Sergey Ovçinnikov və Vyaçeslav Malafeyevi üstələyərək ən çox penalti zərərsizləşdirən qapıçılar siyahısında birinci pilləyə yüksəlib. Akinfeyev ilk dəfə DÇ-2010-nun seçmə məhələsində Qaret Beyl, daha sonra Avro-2012-də İlço Naumoskini məyus edib. Ovçinnikov 2, Malafayevin isə 1 qurtarışı var.
Qeyd edək ki, İsveç - Rusiya oyunu 1:1 hesabi ilə yekunlaşıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |