1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu, məni ikiqat sevindirir"
"Çox xoşbəxtəm ki, yeni müqavilə imzaladım. Çünki bu klubun şərəfini qorumaq hər futbolçunun arzusudur və çox qürurvericidir. Mənə etimad göstərdikləri üçün rəhbərliyə və məşqçilər korpusuna minnətdaram".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Neftçi" ilə imzaladığı yeni müqaviləni klubun rəsmi saytına şərh edərkən deyib. 25 yaşlı yarımmüdafiəçi bildirib ki, sözləşməsini gələn mövsümün sonunadək uzatması xəbəri azarkeşlər tərəfindən də xoş qarşılanıb: "Əlbəttə, bu, məni ikiqat sevindirir və həvəsləndirir. Mən də öz növbəmdə əlimdən gələni etməliyəm ki, bu etimadı doğruldum və "Neftçi”yə fayda verim”.
Türkiyədəki təlim-məşq toplanışını da dəyərləndirən Hacıyev azarkeşləri Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 12-də Macarıstan "Uypeşt”i ilə "Dalğa Arena”da keçirəcəkləri oyunda "Neftçi"yə dəstək olmağa çağırıb: "Təlim-məşq toplanışında hər şey plan üzrə gedir. Hiss edirik ki, gündən-günə daha da yaxşı formaya düşürük. Hər iki yoxlama oyununda qələbə qazanmışıq. Təbii ki, bu bizi sevindirir, amma yoxlama görüşlərində nəticə vacib deyil. Əsas odur ki, baş məşqçi heyəti komplektləşdirsin. Vacib oyunumuz "Uypeşt”ə qarşı olacaq. Həmin görüşə böyük həvəslə hazırlaşırıq. Yeri gəlmişkən, bu oyuna bütün azarkeşlərimizi dəvət edirəm. Onların dəstəyinə çox ehtiyacımız var. Biz də öz növbəmizdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.