1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" məğlub oldu- VİDEO
Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” komandası bu gün üçüncü yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda Polşa "Krakoviya”sı üz-üzə gəlib. Beltintsidə keçirilən matç "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Əsası 1906-cı ildə qoyulan "Krakoviya”nın 112 yaşı var. Krakov şəhərini təmsil edən komanda Polşa çempionatının son mövsümünü 9-cu pillədə başa vurub. "Krakoviya”nın tarixində bir sıra nailiyyətlər də var. "Qəbələ”nin rəqibi 5 dəfə ölkə çempionu (1921, 1930, 1932, 1937 və 1948) adını qazanıb. Krakovluların hesabında çempionatın 2 gümüş (1934, 1949) və 2 bürünc (1922, 1952) medalı da var. 3 dəfə avrokuboklara qatılan "Krakoviya” UEFA İntertoto kuboku və UEFA Avropa Liqasında ümumilikdə 10 oyun keçirib.
Yoxlama oyunu
4 iyul
20:00. "Qəbələ” – "Krakoviya” (Polşa) - 0:1
Beltintsi (Sloveniya)
Qeyd edək ki, "Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. Albaniyanın "Kukesi" komandası ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” (Zaqreb) klubuna uduzub - 0:2.