AFFA-nın İnzibati binasında Topaz Premyer Liqasında çıxış edən klublar üçün Lisenziyalaşdırma və Maliyyə Fair Play mövzusuna həsr olunan seminar keçirilib.
Sportnet.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, seminarda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları Daniele Bernardi və Yekaterina Gerasimova iştirak ediblər.
Seminar zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi, Maliyyə Fair Play qaydaları və tələbləri, onları klubların düzgün yerinə yetirilmələri ilə bağlı müzakirələr aparılıb.
UEFA nümayəndələri klublar tərəfindən verilmiş sualları cavablandırıb və qeyd olunan tələblərə əməl edilməsinin vacibliyini vurğulayıb, bununla bağlı tövsiyələrini verib.