İtaliya milli komandasının futbolçusu Matteo Darmyan Avro-2016-nın seçmə mərhələsində keçirilən Azərbaycan ilə oyun haqda danışıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi hesabdan razı qalsa da, oyundan narazı olduğunu bildirib:
"Biz oyun ərzində balansı qoruya bildik. Hərçənd qələbəni ilk hissədə təmin etmək imkanımız vardı.
Hər halda daha yaxşı çıxış edə bilərdik. Layiqli qələbə qazandıq".
2010-2012-ci ili "Palermo" klubunda keçirən futbolçu matçın keçirildiyi şəhər haqda da nostalji hisslərini bölüşüb: "Palermo mənim üçün doğma şəhərdir. Burada yaxşı illər keçirmişəm və çox şey öyrənmişəm".
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.