"Dalğa Arena”da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin yeganə qolunu penaltidən Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyulun 10-da Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.