İngiltərənin "Hall Siti" klubunun futbolçusu Nikitsa Yelaviç Xorvatiya milli komandası ilə vidalaşıb. Sportnet.az-ın Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı hücumçu bu qərarı Bolqarıstanla AVRO-2016-nın seçmə qrup matçından sonra verib.
Komandasının 1:0 hesablı qələbə qazandığı qarşılaşmada Yelaviç meydana buraxılmayıb. Bundan təsirlənən oyunçu vətənə qayıtdıqdan sonra baş məşqçi Niko Kovaça yığmadan getdiyini bildirib. Kovaç isə bu qərarı təəssüf və təəccüblə qarşılayıb. O, futbolçuya millidəki xidmətləri qarşılığında minnətdarlıq edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Xorvatiya milli komandası növbəti görüşünü oktyabrın 13-də Osiyek şəhərində Azərbaycan yığmasına qarşı keçirəcək. "Qradski" stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:45-də çalınacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |