1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Problemlərimizin olması heç kəsə sirr deyil"
"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın "Olimpiya" komandası ilə heç-heçə (0:0) etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi öncə oyun barədə fikirlərini bölüşüb:
- İlk növbədə komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik edirəm. Çox önəmli oyun idi. Püşkdən sonra narahatçılığımız var idi. Çünki "Olimpiya" yaxşı komandadır. Bu gün də çox gözəl oyun nümayiş etdirdilər. Bizim futbolçular bu gün sonadək yaxşı mübarizə apardılar, nəticə üçün əllərindən gələni etdilər. Düşündüyümüz çox şey meydanda alınmadı. Oyundan qabaq Qurban müəllim fərqli tapşırıqlar vermişdi. Daha çox topa nəzarət etməli, kombinasiyalı hücumlar qurmalı idik. Amma rəqib buna imkan vermədi. Bu günkü durumumuzda mərhələni keçmək çox vacib idi. Çatışmayan cəhətlərimiz çoxdu, bunu hamımız bilirik. Problemlərimizin olması heç kəsə sirr deyil. Hamısını sadalamaq istəmirəm. Həmişə yaxşı oyunla nəticə əldə olunmur.
- Əvvəlki "Qarabağ"ı görmək üçün nə lazımdır?
- O "Qarabağ" illərlə qurulmuşdu. Günbəgün o komanda formalaşmışdı. Yenidən elə komanda yaratmaq asan olmayacaq. 10 nəfərlə belə "Çelsi" kimi komanda ilə oyunda topu saxlamağı bacarırdıq. Bu tip şeyləri ola bilər ki, bir müddət görməyək. Hazırda ən vacib olan yavaş-yavaş oyunumuzu düzəltmək və paralel olaraq nəticələr əldə etməkdi.
- Müdafiəçilərin oyunundan razı qaldınız? Tez-tez meydanın kənarından iradlarınızı bildirirdiniz...
- Müdafiəçilərin hamısına yox, bir epizodda Donald Geryeyə irad bildirdim, arxaya atılan toplarda diqqətli olmasını istədim. Donald bu gün ən yaxşı oyunlarından birini keçirdi. Düşünürəm ki, bu tempdə davam etsə onu da itirə bilərik, harasa transfer ola bilər.
- Növbəti rəqib "Kukesi"di. "Qarabağ"dan nə gözləmək olar? Artıq çoxları komandanın 3-cü mərhələdə olduğunu düşünür...
- Xeyr, belə deməzdim. Şükürlər olsun ki, komandamız belə şeylərə getmir. Səfərdə qələbə qazanmağımıza baxmayaraq, arxayınlıq yaranmır, komanda boşalmır. Bir azca arxayınlaşsaydıq, mərhələni keçə bilməyəcəkdik. Əgər qol buraxsaydıq, bu bizə baha başa gələcəkdi. Psixoloji, fiziki cəhətdən oyunu dəyişmək çox ağır olacaqdı. Ümumiyyətlə 3-cü, 4-cü mərhələ barədə düşünmürük. Bizim üçün ən vacib olan 2-ci mərhələni keçməkdi. Qismət olarsa. ondan sonra növbəti mərhələni düşünərik. Hazırda əsas fikrimiz "Kukesi" ilə səəfrdə keçirəcəyimiz oyundadı.