Sportnet.az-ın məlumatına görə, klub rəsmisi sabiq futbolçu ilə yollarının ayrılmasına müqavilə müddətinin bitməsini səbəb göstərib. O deyib ki, hər hansı başqa səbəb axtarmağa gərək yoxdur: "Neçə ildir futboldayam. Ünvanıma nə qədər söz danışılsa da, cavab verməmişəm. Amma ağdan qaranı seçmək lazımdır. Bir var müqavilənin bitməsi, bir də var insanın işdən uzaqlaşdırılması. İnsanın müqaviləsi başa çatıbsa, onun qalıb-qalmaması sırf rəhbərliyin qərarından asılıdır. Kamal Quliyevdən başqa bir neçə əməkdaşımızın da müqaviləsi başa çatmışdı. Biz onunla vidalaşmalı olduq. Burada hansısa səbəb axtarmağa ehtiyac yoxdur".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |