Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Sportnet.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
2018/2019-cu il mövsümündə Birinci Divizionda oyunlar Topaz Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm Birinci Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin
Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:
4 futbolçu – yaş limiti olmadan
6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü
1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü
Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər
Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
Nüvər Xasıyev
Səfər Rəhimov
----------------------
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası start götürüb.
Sportnet.az-ın məlumatına görə, toplantı milli assosiasiyanın inzibati binasında keçirilir. İclasda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, üzvlərdən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Futzal Federasiyasının prezidenti Zaur Axundov, təhsil nazirinin müavini Firudin Qurbanov, veteran futbolçu İskəndər Cavadov iştirak edirlər.
Komitə üzvlərindən xarici işlər naziri Elmar Məmmədyarov, Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi" ilə ilk oyun üçün Albaniyaya gedən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov, veteran futbolçu Kazbek Tuayev toplantıya qatılmayıb.
İclasda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər yer alıblar.
İcraiyyə Komitəsinin 2017/2018 mövsümündə I Divizion və əvəzedicilərin çempionatının təşkili ilə bağlı qərarlar qəbul edəcəyi gözlənilir.