1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kukesi" - "Qarabağ" matçında hesab açılmadı - YENİLƏNDİ
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan çempionu səfərdə Albaniyanın "Kukesi" komandası ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Bu duelin qalibi növbəti mərhələdə (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
25 iyul
21:00. "Kukesi” (Albaniya) – "Qarabağ” (Azərbaycan) - 0:0
Baş hakim: Ola Hobber Nilsen
Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen
Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)
Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)
Şkoder. "Loro Boriçi" stadionu.