
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün keçirilcək Xorvatiya - Azərbaycan matçı canlı yayımlanacaq. Spornet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Osiyek şəhərindəki "Gradski vrt” stadionunda baş tutacaq Xorvatiya - Azərbaycan qarşılaşması İctimai TV vasitəsi ilə efirə gedəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.