2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail” klubu daha bir futbolçunu heyətinə qatıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı braziliyalı müdafiəçi Enrike Moura ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Moura karyerası ərzində Braziliyanın "Vila-Nova", "Qoyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas", "Klub Remo" komandalarında çıxış edib. Onun son klubu Kosta-Rika təmsilçisi "Deportivo Saprissa" olub.