
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi II raundda Albaniyanın "Kukesi" komandasını mübarizədən kənarlaşdıracağı halda, Belarus BATE-si ilə qarşılaşacaq.
Evdə Finlandiyanın HİK kollektivi ilə qolsuz heç-heçə edən belaruslular səfərdə 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıblar.
Qeyd edək ki, Bakıda saat 21:00-da start götürən "Qarabağ" - "Kukesi" qarşılaşmasının ilk yarısı 1:0 hesab ilə yekunlaşıb. Azərbaycan çempionu Dani Kintananın 22-ci dəqiqədə penaltidən vurduğu qolla öndədir. İlk oyunda qolsuz heç-heçə qeydə alınıb.