Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini 6:0 hesabı ilə məğlub edən Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç qarşılaşma ilə bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Kovaç belə bir nəticə gözləmədiyini açıqlayıb.
O deyib: "Oyunçularıma tapşırmışdım ki, təşvişə düşməmək üçün erkən qol vurmaq lazımdır. Açığı, belə hesab gözləmirdim. Çox gözəl qələbə oldu və bunu azarkeşlərimizə həsr edirik. Oyunun sonlarında futbolçularım tempi aşağı saldılar. Onları da başa düşürəm. Sabah öz klublarının düşərgəsinə yollanacaqlar. Bütün kollektivə minnətdaram" (apasport.az).