İngiltərə Premyer Liqasının II turunun mərkəzi oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlib. Sportnet.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Zadəganlar"dan Pedro Rodriges 9-cu, Alvaro Morata 20-ci, Markos Alonso 81-ci dəqiqədə fərqlənib. "Topçular"dan isə Henrix Mxitaryan 37-ci, Aleks İvobi 41-ci dəqiqədə qol vurub.
Bu qələbə sayəsində xallarını 6-ya çatdıran "Çelsi" turnir cədvəlinə başçılıq edir. Hələ xalı olmayan "Arsenal" isə 17-cidir.






































































