Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo İspaniyanın "Real Valyadolid" klubunun alqı-satqısını yekunlaşdırmaq üzrədir.
Sportnet.az "Cadena SER" radiosuna istinadən xəbər verir ki, sövdələşmənin məbləği 30 milyon avro təşkil edir.
Braziliyalı futbolçu "Valyadolid"in əsas səhmdarı və prezidenti olacaq.
Mənbənin məlumatına görə, sövdələşmə iki və ya üç həftəyə başa çatdırılacaq. Beləliklə klub 25 milyon avroluq borcunu bağlaya biləcək.
"Valyadolid" 2017/2018 mövsümündə İspaniya Primerosuna vəsiqə qazana bilib. Komanda çempionatın birinci turunda səfərdə "Jirona" ilə 0:0-lıq heç-heçə edib, ikinci turda isə öz meydanında "Barselona"ya uduzub - 0:1.









                 





    
    
    
    
    
    
    
    


























































