1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçi Ronaldudan üzr istədi
Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunu eqoist adlandırdığı üçün üzr istəyib.
Sportnet.az xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis Portuqaliya millisi ilə keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransı zamanı açıqlama verib. Daliç UEFA-nın mükafatlandırma mərasimində iştirak etməyən portuqaliyalı forvard barədə işlətdiyi "eqoist" ifadəsinə belə aydınlıq gətirib: "İşlətdiyim ifadəyə görə üzr istəyirəm. Tədbirə qatılmadığı üçün Ronaldunun komandanın uğurlarından çox özünü düşünən futbolçu olduğunu və belələrini sevmədiyimi demişdim. Bu, Ronaldu haqda mənfi bir şey dediyim anlamına gəlib. Əslində demək istədiyim bu deyildi. Fikirlərim media və azarkeşlər tərəfindən yanlış anlaşılıb. Dediklərimə görə üzr istəyirəm".
Qeyd edək ki, Portuqaliya və Xorvatiya yığmaları arasındakı yoldaşlıq görüşü bu gün "Alqarve" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.