1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: “Maltaya qələbə üçün gəlmişik”
"Vacib oyuna gəldiyimizi bilirik. Bu görüş həm bizim, həm də rəqib üçün önəmlidir. Bu komandanın Farer adaları ilə matçına baxdıq. Səfərdə 1:3 hesabı ilə məğlub olmamalı idilər. Yaxşı oyun nümayiş etdirdilər. Malta ilə görüşə qədər vaxtımız az olsa da, rəqibi yaxşı analiz etmişik. Futbolçularımız qarşılaşmaya hazırdır”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Kosovo ilə Malta arasında nə kimi fərq var və rəqibin hansı üstün cəhətlərini qeyd edərdiniz?
- Fərqli komandalardır. Malta başqa üslubda oynayır. Mən heç vaxt rəqibin hansısa oyunçusunun adını çəkməmişəm. Son vaxtlar stabil çıxış edirlər. Sürətli hücumçuları var. Kosovo və Maltanı müqayisə etməzdim. Heç bir kollektiv bu turnirdə məğlub olmaq istəmir.
- Müsbət nəticə deyərkən, qələbəni nəzərdə tutursunuz?
- Əlbəttə, bura qələbə qazanmaq üçün gəlmişik. Lakin futbolda bəzən istəmədiklərin də olur. Məqsədimiz komandanı oyuna yaxşı hazırlamaq və sərfəli nəticə qazanmaqdır. Yaxşı futbol sərgiləmək istəyirik.
- Azərbaycan millisi 3 il öncə səfərdə Malta ilə 2:2 hesabı ilə heç-heçə etmişdi. Həmin qarşılaşmanı izləmisiniz?
- Xeyr, ehtiyac yox idi. Bizə son matçlar lazım idi. Həmin görüşə baxmağı lazım bilmədim.
- Heyətdə dəyişiklik olacaq?
- Elə də böyük dəyişiklik olmayacaq. Amma dəyişiklik gözlənilir.