1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan bura qələbə qazanmağa gəlib"
"İlk oyunda Farer adalarına 1:3 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Azərbaycan güclü komandadır. Amma biz də müsbət nəticə qazanmağa çalışacağıq”.
Sportnet.az-ın məlumatına görə, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Malta yığmasının futbolçusu Andre Şembri deyib.
Yarımmüdafiəçi bildirib ki, Azərbaycan millisinə qalib gəlmək çətin olacaq: "Çünki rəqib bura qələbə qazanmağa gəlib”.
O, kollektivdaxili ab-havadan da danışıb: "Əvvəllər milli komandada heç vaxt bu cür xoşbəxt olmamışam. Kollektivdaxili ab-hava əladır. Taktika üzərində çox çalışmışıq. Bu, qarşıdakı görüşdə bizə çox kömək edəcək. Səbirli olun. Əminəm ki, nəticələr tezliklə əldə olunacaq".
Qeyd edək ki, sentyabrın 10-da Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.