1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqovun alnındakı çapığın sirri
Azərbaycan millisinin sabiq futbolçusu və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk dəfə alnındakı çapığın tarixçəsindən danışıb.
Sportnet.az xəbər verir ki, Sadıqov acı xatirənin uşaqlıq dövrü ilə bağlı olduğunu söyləyib.
"Bu iz uşaqlıqdan qalma xatirədir. Onda 7-8 yaşım olardı. Qaçanda görmədim, alnım qapının qıfıl olan hissəsinə dəydi. Bir az sümük də yarılmışdı. Onda çox ağır bir travma keçirdim. Üç ay ərzində hər gün başımda tikişi dəyişib, açıb təmizləyirdilər. Çünki yara irin edirdi. Evdəkilər buna görə çox qorxmuşdu. Daim nəzarət altında idim ki, içəridə qanaxma olmasın” deyə o, bildirib (oxu.az).
Qeyd edək ki, Rəşad Sadıqov həm də Azərbaycanın U-20 və U-21 yığmalarının baş məşqçisidir.