1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionundan sadəlik nümunəsi
İngiltərənin "Çelsi" klubunun və Fransa milli komandasının futbolçusu NQolo Kantenin başına qeyri-adi iş gəlib.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, Kante "Kardiff"i 4:1 hesabı ilə yendikləri Premyer Liqa matçından sonra Parisə yollanmaq istəyib. Lakin qatara gecikən yarımmüdafiəçi namaz qılmaq üçün yaxınlıqdakı məscidə üz tutub. Məsciddə onu bir azarkeş tanıyıb. Bir qədər söhbətləşdikdən sonra həmin oğlan futbolçunu evinə şam yeməyinə dəvət edib.
Kante azarkeş və dostları ilə FIFA oynayıb, yemək yeyib və "BBC Match of the Day" futbol verilişinə baxaraq, müzakirələr aparıb.
Qeyd edək ki, NQolo Kante 20016-cı ildən formasını geyindiyi "Çelsi"də İngiltərə çempionluğu və ölkə kubokunu qazanıb. O, Fransa millisinin heyətində isə dünya çempionu olub.