1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
BATE-nin prezidenti xərçəngdən öldü
Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kapskidə hələ 20 yaşında ikən xərçəng aşkarlanıb. Həmin vaxtdan o, şişlə mübarizə aparıb.
1999-cu ildə xəstəlik yenidən özünü büruzə verib. 2013-cü ildə klub rəhbəri ürəyindən əməliyyat olunub. Daha sonra o, qara ciyəri və böyrəklərindəki problemlərlə əlaqədar bir neçə gün komada qalıb.
Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub. Borisov təmsilçisi 14 dəfə Belarus çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, bu mövsüm BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov klubu öz meydanında heç-heçə edib - 1:1. Nəticədə "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Hazırda hər iki komanda Avropa Liqasının qrup mərhələsində çıxış edir.