UEFA Millətlər Liqasının IV turunda doğma meydanda Malta ilə qarşılaşacaq Azərbaycan millisi oyundan öncə azarkeşlər və mətbuat üçün açıq məşq edib.
Spotnet.az xəbər verir ki, hazırlıq prosesini azarkeşlər də izləyib.
Yüngül qaçış və fiziki hərəkətlərin ardından komandamız qapıya zərbələr üzərində də işləyib.
Baş məşqçi Qurban Qurbanov mətbuat konfransında bildirib ki, yığmanın sabah səhər saatlarında daha bir məşqi nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.