
Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, milli komandamız "Kayzerslautern” klubunun U-19 komandası ilə qarşılaşıb.
Nikolay Adamın rəhbərlik etdiyi yığma görüşü məğlub başa vurub.
Qeyd edək ki, 1:2 hesabı ilə uduzan millimizin heyətində yeganə qolu Budaq Nəsirov vurub.