Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda daha bir qarşılaşması keçirilib.
Sportnet.az xəbər ki, günün ikinci matçında "Qarabağ” "Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 62-ci dəqiqədə Abdullah Zubir vurub. Lakin oyun zamanı adı protokolda olmayan Abbas Hüseynovun meydana daxil olması səbəbindən "Qarabağ"ın qələbəsi qeydə alınmayacaq. Əksinə, Ağdam komandasına texniki məğlubiyyət veriləcək. Bu səbəbdən, turnir cədvəlinin ön pillələrində vəziyyət yenə əvvəlki kimi qalacaq.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ” evdə "Neftçi”dən üstün olub – 3:1. Tura sabah keçiriləcək "Sumqayıt” – "Sabah” və "Keşlə” – "Zirə” matçları ilə yekun vurulacaq.
-------------------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasındaı II dövrəyə start verilib.
Sportnet.az xəbər verir ki, VIII turun açılış matçında "Qəbələ” doğma azarkeşlər önündə "Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qol 14-cü dəqiqəyə təsadüf edib. Ceyms Adeniyi komandasını hesabda önə çıxarıb. İkinci qol isə 57-ci dəqiqədə vurulub. Stiven Monroz fərqi artırıb. Ceyms Adeniyi 77-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qolunu vurub. Meydan sahiblərinin heyətində Təmkin Xəlilzadə 67-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+4-cü dəqiqədə Kvame Karikarı qonaqların təsəllini qoluna imza atıb.
Bu nəticədən sonra "Qəbələ” xallarının sayını 8-ə yüksəldib. Premyer Liqada ilk məğlubiyyətini alan "Neftçi” isə 19 xalda qalıb.
Qeyd edək ki, günün digər matçında "Qarabağ” "Səbail0”I qəbul edəcək. Tura sabah keçiriləcək "Sumqayıt” – "Sabah” və "Keşlə” – "Zirə” matçları ilə yekun vurulacaq.
---------------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, komandalar Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən sonra VIII tur çərçivəsində üz-üzə gələcəklər. Həftənin matçları iki günü əhatə edəcək.
Turun açılış, eyni zamanda mərkəzi görüşü Qəbələdə olacaq. Burada şəhərin eyni adlı təmsilçisi ilə "Neftçi” qarşılaşacaq. Son mövsümlər çempionluq uğrunda mübarizə aparan meydan sahibləri cari yarışda özlərinə bənzəmirlər. Komandanın 5 xalla 6-cı pillədə qərarlaşması baş məşqçi Sənan Qurbanovun istefaya göndəriləcəyi ilə bağlı söhbətlərə yol açıb.
"Neftçi” isə son illər mövsümə ən yaxşı başlanğıcını edib. İtaliyalı Roberto Bordinin rəhbərlik etdiyi kollektiv 19 xalla liderdir. "Ağ-qaralar” cari çempionatda "Qarabağ”la birgə naməğlub ünvanını qorumaqdadır.
"Qəbələ” və "Neftçi” indiyə qədər milli çempionatlarda 41 dəfə qarşılaşıblar. Bunlardan 15-də əyalət təmsilçisi, 18-də paytaxt klubu qalib gəlib. Bakılılar ardıcıl 3 qələbə qazanıb və meydanı qolsuz tərk etməyib. "Qəbələ” son 5 ev oyununda qol sevinci yaşayıb.
Günün ikinci matçı çempion "Qarabağ”la "Səbail” arasında olacaq. Ağdamlılar 16 xalla 2-ci pillədə qərarlaşsalar da, liderdən 1 oyun az keçiriblər. "Səbail” isə 10 xalla "Sumqayıt” və "Sabah”la 3-5-ci pillələri bölüşür. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu rəqiblə əvvəlki 5 görüşün hamısında qələbə qazanıb. "Səbail” bu oyunlarda qol vura bilməyib və qapısında 7 top görüb.
Qeyd edək ki, bazar günü "Sumqayıt” "Sabah”ı, "Keşlə” "Zirə”ni qəbul edəcək.
Topaz Premyer Liqası
VIII tur
20 oktyabr (şənbə)
17:00. "Qəbələ” – "Neftçi” - 3:1
Qollar: Ceyms Adeniyi, 14. 77 Stiven Monroz, 57. Kvame Karikari, 90+4
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 67 ("Qəbələ")
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu
I dövrə - 1:2
19:00. "Qarabağ” – "Səbail” - 1:0
Qol: Abdullah Zubir, 62
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Azersun Arena”
I dövrə - 2:0