Topaz Premyer Liqasında VIII turun son oyunu keçirilib. Sportnet.az xəbər verir ki, "ASK Arena"da "Keşlə" "Zirə"ni qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesabı qələbəsi ilə yekunlaşıb. Görüşün taleyini həll edən qolu 2-ci dəqiqədə "Keşlə"nin futbolçusu Denis Silva Kruz qapıdan keçirib.
Bununla da Premyer Liqada ilk qələbəsini qazanan "Keşlə" xallarının sayını 5-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. "Zirə" komandası isə topladığı 4 xal ilə sonuncu - 8-ci pilləyə enib.
Qeyd edək ki, turun ilk oyununda "Qəbələ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Sumqayıt"ı, "Qarabağ" evdə "Səbail"i minimal hesabla yenib. Lakin meydana adı protokolda olmayan futbolçusu çıxdığı üçün Ağdam komandasına 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
------
Topaz Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin üçüncü matçında "Sumqayıt" "Sabah"ı qəbul edib. "Kapital Bank Arena" təmirdə olduğu üçün qarşılaşma "Dalğa Arena"da baş tutub.
Matça fəal başlayan qonaqlar 15-ci dəqiqədə say üstünlüyünə yiyələniblər. "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov debütantın forvardı Marko Deviçin qarşısını kobulduqla aldığı üçün qırmızı vərəqə görüb. Lakin zərərçəkən cərimə zərbəsindən yararlana bilməyib.
Buna rəğmən, "Sabah" 36-cı dəqiqədə istəyinə çatıb. Miloş Bosançiç rəqib müdafiəçinin başla geri qaytartığı topu güclü zərbə ilə tora yollayıb.
Oyunun qalan bölümündə hər iki komandanın qol vurmaq üçün imkanı olsa da, hesab dəyişməyib. Beləliklə, 1:0 hesablı qələbə qazanan "Sabah" xallarını 13-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. Hesabında 10 xalı olan "Sumqayıt" isə 5-ci sıradadır.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Səbail"i 1 cavabsız qolla üstələsə də, Ağdam komandası adı protokolda olmayan futbolçunu meydana buraxdığı üçün texniki məğlubiyyətlə üzləşəcək. Tura saat 19:00-da start götürəcək "Keşlə" - "Zirə" qarşılaşması ilə yekun vurulacaq.
----------
Bu gün Topaz Premyer Liqasında VIII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Sumqayıt” və "Sabah” komandaları üz-üzə gələcək. "Kapital Bank Arena” təmirdə olduğu üçün Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv debütantı "Dalğa Arena”da qəbul edəcək.
Bu komandalar arasında ilk dövrədə baş tutmuş dueldə sumqayıtlılar 4:1 hesabı ilə qalib gəliblər. Hazırda hər iki klub 4-5-ci yerləri bölüşür.
Turun son qarşılaşmasında "Keşlə” "Zirə”ni qəbul edəcək. Bu klublar cari mövsümə yaxşı başlaya bilməyib və son iki pilləni bölüşürlər. Qonaq komanda ilk 2 turdan sonra baş məşqçi postunda Ayxan Abbasovu Samir Abasovla əvəzləyib. Meydan sahiblərinin rəhbərliyi isə yayda kollektivi Mladen Milinkoviçə tapşırsa da, bu gedişlə serbiyalı mütəxəssislə yollar ayrılacaq.
Hazırda 2 xalla sonuncu yerdə qərarlaşan "Keşlə” və 4 xalla 7-ci sıradakı "Zirə” daha əvvəl 13 dəfə görüşüblər. Bu matçlardan 3-də keşləlilər, 2-də qəsəbə təmsilçiləri qalib gəliblər. 8 oyunda isə heç-heçə qeydə alınıb.
"Keşlə” 3 oyundur bu rəqibə uduzmur. "Zirə” son 9 matçda meydanı qolsuz tərk etməyib.
Topaz Premyer Liqası, VIII tur
21 oktyabr (bazar)
17:00. "Sumqayıt” – "Sabah” 0:1
Qol: Miloş Bosançiç, 36
Qırmızı vərəqə: Vurğun Hüseynov, 15 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bayıl Arena”
I dövrə - 4:1
19:00. "Keşlə” – "Zirə” - 1:0
Qol: Denis Silva, 2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena”
I dövrə - 2:2
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Neftçi"ni 3:1, "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə yenib. Lakin meydana adı protokolda olmayan futbolçunu buraxdığı üçün "Qarabağ"a texniki məğlubiyyətin veriləcəyi gözlənilir.