Braziliya çempionatının növbəti turu faciə ilə yekunlaşıb. Sportnet.az-ın Reuters-ə istinadən məlumatına görə, "Palmeyras" - "Santos" qarşılaşmasından əvvəl azarkeşlər arasında kütləvi dava yaşanıb.
Stadionun ətrafında başlayan dava-dalaş sonda bir azarkeşin ölümünə səbəb olub. Belə ki, küçədə yaşanan gərginlik zamanı fanatlardan birini hərəkətdə olan avtomobilin altına atıblar, sürücü əyləci bassa da, üstündən keçdiyi azarkeşi hadisə yerində dünyasını dəyişib. Bundan sonra çaxnaşma daha da qızışıb və silah işə düşüb. Tapançalardan açılan atəş nəticəsində isə bir neçə nəfər yaralanıb. Polisin gözyaşardıcı qazla müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, "Palmeyras" - "Santos" oyunu 1:3 hesabı ilə başa çatıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |