
İntizam Komitəsi I Divizionda baş verən qalmaqallara aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, "Mil-Muğan" - "Qaradağ Lökbatan" oyunun 70-ci dəqiqəsində meydan sahiblərinin masajçısı Səbuhi Məhərrəmov rəqib komandanın futbolçularını təhqir etdiyinə görə 5 oyun cəzalanıb.
İmişli təmsilçisi isə 500 manat cərimə ödəyəcək. Qarşılaşmadan sonra "Qaradağ Lökbatan” klubunun futbolçusu Cavid Mirzəyev əsas binanın qapısının şüşəsini sındırıb. İK-in qərarına əsasən, "Mil-Muğan” klubuna dəymiş ziyanı qonaqlar ödəyəməlidir. Bundan başqa, hakimlər briqadası oyuna gecikdiyi üçün oyun 30 dəqiqə gec başlayıb. Hakimlər komitəsi hakimlər haqqında ölçü götürərək İntizam Komitəsinə məlumat verəcək.
"Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. 13-cü dəqiqdə "Mil-Muğan” klubunun Sabir Allahquliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Klubu 400 manat cərimə olunub. 67-ci dəqiqədə "Qaradağ Lökbatan”lı Natiq Əkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan oqvulub. 4 oyunluq cəza alan futbolçu komandasını da 400 manat ziyana salıb.
Qeyd edək ki, "Mil-Muğan" - "Qaradağ Lökbatan" oyunu 1:0 hesabı ilə başa çatıb.