1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mövsümün ən aşağı ikinci məhsuldarlığı
Futbol üzrə Azərbaycan Premyer Liqasının X turu aşağı məhsuldarlıqla diqqət çəkib.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub.
Bunun yarısı "Qəbələ” – "Sabah” görüşünə (2:1) təsadüf edib. "Qarabağ” – "Sumqayıt” oyununda (2:0) iki, "Keşlə” – "Neftçi” matçında (0:1) bir qol qeydə alınıb. "Zirə” – "Səbail” qarşılaşmasında isə qapılara qol vurulmayıb.
Turun orta məhsuldarlığı isə 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridir.
Çempionatın IV turunda məhsuldarlıq daha aşağı olub. Bir oyununun hesabı ləğv olunan və texniki nəticəylə yekunlaşan turun digər 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb.