
"Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder maraqlı hərəkəti ilə diqqəti çəkib. Sportnet.az-ın məlumatına görə, Hollandiya millisinin yarımmüdafiəçisi qadın alverinə qarşı kampaniyaya qoşulub.
Təcrübəli futbolçuya bu işdə həyat yoldaşı Yolanta Kabauya dəstək verib. "Qadınların fahişəliyə cəlb olunmasına yox deyirik" kampaniyasına qoşulan 30 yaşlı futbolçu tvitter səhifəsində qeyd edib: "Mən və xanımım Suriyadan çıxmaq istəyən gənc qızların Hollandiyada fahişəliyə cəlb edilməsinə birmənalı şəkildə yox deyirik. Bizim ölkədə azyaşlı oğlanların gənc qızlarla pul qarşılığında intim münasibətdə olması faktı durmadan çoxalır. Bunun qarşısını almaq lazımdır".
Qeyd edək ki, 2008-ci ildə Sneyderin xanımı Yolanta insan alverinə qarşı mübarizə fondu yaradıb. O, vətəində Hindistan və Taylanddan Hollandiyaya fahişəlik məqsədilə gətirilən onlarla qızların xilaskarı kimi məşhurdur.