1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miçel: “Hücumlarda qığılcım çatmırdı”
"Yorğunluğun təsiri var. Lakin artıq bu ritmə alışmışıq. Müəyyən müddətdir cümə axşamları oyunlarımız olur. Düzgün rejim və istirahətlə bu oyunlara hazırlaşırıq”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın futbolçusu Miçel Madeyra "Qəbələ”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçı barədə danışarkən deyib. 64-cü dəqiqədə Ağdam komandasının 2-ci qoluna imza atan ispaniyalı yarımmüdafiəçi fasilədən sonra tempi artırmalarını oyuna köklənmə bacarıqları ilə əlaqələndirib: "Bütün bunların arxasında yaxşı hazırlıq durur. Digər tərəfdən, köklənmən yüksək səviyyədədirsə və inanırsansa, meydana inamla çıxırsan və bu, səndə alınır".
Təcrübəli oyunçu vurduğu qoldan da danışıb: "Bu qolda daha çox pay sahibi mən, yoxsa rəqibin qapıçısıdrmı? Əsas odur ki, cəhd etmək lazımdır və mən də bunu etdim. Top qapı xəttini keçəndən sonra kimin sayəsində olması önəm kəsb etmir”.
Miçel bildirib ki, ilk hissədə qol vura bilməmələrinə rəğmən, yaxşı oynayıblar: "Birinci hissədə də topa nəzarət bizdə idi, rəqibi qapısına sıxışdırmışdıq. Sadəcə, hücumlarda qığılcım çatmırdı. Fasilədən sonra bu çatışmazlığı aradan qaldırdıq”.