1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"nin bombardirləri siyahısında dəyişiklik
"Zirə”nin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar”ın heyətindəki qol sayını 8-ə çatdıran Vüsal İsgəndərli klub tarixinin məhsuldar oyunçuları arasında 5-ci yerə sahib çıxıb.
Topaz Premyer Liqasında XI turun "Neftçi” ilə səfər oyununadək (2:2) bu mövqeni Tural Adıgözəlov və Besik Çimakadze ilə bölüşən İsgəndərli şəriklərini arxada qoyub. "Zirə”nin "Bakcell Arena”dakı 2-ci qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi yalnız 4 futbolçudan - Nelson Bonilya (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdən (9) geri qalır.
Cari mövsümdə ilk dəfə fərqlənən futbolçu karyerasını "Zirə”də davam etdirənlər arasında 1-ci pillədədir. İsgəndərli qollarından 2-ni Azərbaycan kuboku, 6-nı Premyer Liqada vurub. O, "Zirə”nin çempionatdakı ən yaxşı bombardirləri siyahısında irəliləyib. Hazırda yalnız Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalan İsgəndərli 4-5-ci yerləri Yovan Krneta ilə bölüşür.
Qeyd edək ki, yarımmüdafiəçi indiyədək 57-si Premyer Liqada olmaqla, 64 dəfə "Zirə” forması ilə meydana çıxıb.