Bu gün "Neftçi”nin canlı əfsanəsi Kazbek Tuayevin 78 yaşı tamam olur.
Sportnet.az xəbər verir ki, 1966-cı il SSRİ çempionatının bürünc mükafatçısı 1961-1971-ci illər ərzində "Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub. 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə "Neftçi”nin baş məşqçisi olmuş Kazbek Tuayev 1996/1997 və 2003/2004 mövsümlərində komandaya ölkə çempionluğunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Futbol tarixində avrokuboklarda ilk qələbəni Kazbek Tuayevin başçılıq etdiyi "Neftçi” 1996-cı ildə Sofiya "Lokomotiv”i üzərində qazanıb – 2:1. Elə həmin il Tuayevin baş məşqçisi olduğu milli komanda İsveçrəni 1:0 hesabı ilə məğlubiyyətə uğradaraq rəsmi oyunlarda ilk qalibiyyətini əldə edib.
Qeyd edək ki, Kazbek Tuayev həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür.






































































