Rusiyanın "Anji" klubunun futbolçuları Kaspiysk şəhərindəki "Anji Arena"ya buraxılmayıb.
Sportnet.az Championat.com saytına istinadən xəbər verir ki, səbəb klubun Premyer Liqanın XV turunda "Rubin"lə matçdan əvvəl lazım olan məbləği ödəməməsidir. Mahaçqala təmsilçisin futbolçuları bu gün məşq keçirə bilməyiblər.
Qeyd edək ki, "Anji" mövsümün əvvəlindən maliyyə problemi ilə üz-üzədir. Komandanın futbolçuları daha öncə MOİK-lə matçda oyuna çıxmamağı qərara alsalar da, sonradan fikirlərindən daşınıblar. Baş məşqçi Maqomed Adiyev isə mövsüm ərzində məşqçilərin və futbolçuların maaş almadğını söyləyib.
Azarkeşlər klubun problemlərini çatdırmaq üçün Dağıstan rəhbərliyi ilə federal hakimiyyət orqanlarına müraciət və ərizələr göndəriblər.