UEFA Rusiya MOİK-inə qarşı intizam işi açıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma Çempionlar Liqasının V turunda evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.
Rusiya klubunun azarkeşləri sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar və icazəsiz giriblər. Bu məsələyə dekabrın 13-də baxılacaq.
Qeyd edək ki, MOİK "Viktoriya"ya 1:2 hesabı ilə məğlub olub. UEFA daha öncə klubu qrup mərhələsində "Roma" ilə hər iki matça görə cəzalandırıb və MOİK-ə bir illik sınaq müddəti təyin edib. Bu səbəbdən, Avropa futbol qurumu komandaya digər sanksiyalar tətbiq etməklə yanaşı, ev oyunlarını "Lujniki" stadionunda keçirməkdən məhrum edə bilər.