1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Marko Rossi: "Azərbaycanı zəif rəqib hesab etməməliyik"
"Xorvatiya bizim qrupun favoritidir. Digər komandalara qarşı hər şey özümüzdən aslı olacaq. Xorvatların təqdimata ehtiyacı yoxdur. Dünya çempionatında gümüş medal qazanan komanda qrupun digər kollektivlərindən tamamilə fərqli səviyyədədir".
"
Report" xəbər verir ki, bunu Azərbaycan yığması ilə eyni qrupa düşən Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi federasiyanın saytına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsinin püşkatması barədə danışarkən deyib.
54 yaşlı mütəxəssis qrup ikincisi olmaq üçün iki komanda ilə yarışacaqlarını bildirib: "Uelsdə Rayan Giqqz oynamayacaq və bunun üçün çox şanslıyıq. Çünki o, artıq komandanın baş məşqçisidir. Zarafatı kənara qoysaq, düşünürəm ki, biz onlarla və Slovakiya ilə mübarizə aparacağıq. Amma Azərbaycanı zəif rəqib hesab etməməliyik".
Qeyd edək ki, Azərbaycan yığması E qrupunda Macarıstanla yanaşı Xorvatiya, Uels və Slovakiya ilə mübarizə aparacaq.