1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray"ın müdafiəçisi rəhbərliyi aldatdı
Türkiyə "Qalatasaray"ının futbolçusu Sərdar Əziz klub rəhbərliyini aldatmaq istəyib.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi komandasının "Sivasspor"a 4:2 hesabı ilə qalib gəldiyi Superliqanın XVII tur matçından əvvəl mədə pozulmasından əziyyət çəkdiyini bildirib. Bundan sonra Əziz xəstəlik məzuniyyətinə çıxıb. Lakin o, müalicə olunmaq əvəzinə həyat yoldaşı ilə birgə Maldiv adalarına yollanıb. Futbolçunun yalanı xanımının "Instagram"ında birgə istirahət fotoları yerləşdirməsindən sonra üzə çıxıb. Bundan sonra "Qalatasaray" rəhbərliyi təcrübəli oyunçunu transferə çıxarıb.
Qeyd edək ki, Sərdar Əziz "Qalatasaray"da 2016-cı ildən çıxış edir. Bu mövsüm futbolçu 15 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.