1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qaret Beyl sıradan çıxdı
İspaniya "Real Madrid"inin futbolçusu Qaret Beyl 15 günədək sıradan çıxıb.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, buna 29 yaşlı hücumçunun İspaniya La Liqasının XVII turunun "Vilyarreal"la 2:2 hesablı heç-heçə etdikləri səfər matçında sol ayaq əzələsindən xəsarət almasıdır. Görüşün fasiləsində əvəzlənən uelsli oyunçunun zədəsinin gözlənildiyindən ciddi olmadığı müəyyənləşib.
Beyl yanvarın 6-da "Real Sosyedad"la, yanvarın 13-də isə "Betis"lə matçlarda "kral klubu"na kömək edə bilməyəcək. Onun yanvarın 19-da "Sevilya"ya qarşı forma geyinməsi də sual altındadır.
Təcrübəli xavbek bu mövsüm 15 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 17 turdan sonra lider "Barselona"dan 7 xal geridə olan "Real Madrid" 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Qaret Beylin kapitanı olduğu Uels millisi Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.